Necə ...?
E-poçt: webmaster@azstat.org
tel: 012 538 52 24
Statistik məlumatların vizuallaşdırılması və yayılması üçün Veb Xəritə tətbiq olunması v1.0
Bu Veb Xəritə Tətbiqetməsi (VXT) statistik məlumatların tematik xəritələr vasitəsi ilə vizuallaşdırılması üçün interaktiv alətdir. İstifadəçi seçilmiş göstərici üzrə xəritənin coğrafi səviyyəsini, göstərici üzrə ili, sinif sayını və ya rəngini dəyişə bilər. Tətbiqetmə rəsmi statistikada müşahidə edilmiş xüsusi bir fenomenin əksinin xəritə üzərində operativ nəzərdən keçirilməsi imkanlarını təmin edir. VXT məkani məlumatları müqayisə etməyə imkan yaradır.
Bu tətbiqetmənin birinci versiyası Dövlət Statistika Komitəsi (DSK) tərəfindən 2015 - 2017-ci illərdə "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində hazırlanmışdır.
Bu Veb Xəritə Tətbiqetmənin məqsədi DSK tərəfindən hazırlanan regional statistikanın yayılmasını inkişaf etdirməkdir. Tətbiqetmə sosial tədqiqatçılar, siyasətçilər, təhsil qurumları, DSK-nın işçi heyəti və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.
Bu VXT-də istifadə olunan Azərbaycan Respublikası regionlarının və şəhərlərinin sərhədləri onlayn ArcGIS-dən alınır. İqtisadi rayonların sərhədləri, bölgələrin və şəhərlərin sərhədlərindən yaranır. Tətbiqin növbəti versiyasında rəsmi sərhədlər istifadə olunacaq.
Əlaqə:
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: İnşaatçılar prospekti 81, AZ 1136 Bakı, Azərbaycan.
Tel:
(+994 12) 377 10 70
Faks:
(+994 12) 538 24 42
e-mail:
sc@stat.gov.az
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Müəllif hüquqları:
© 2017 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; Bütün hüquqlar qorunur.
Kvantil: Hər bir sinifə bərabər sayda xüsusiyyətlər daxildir. Kvantil təsnifatı doğrusal (linear) olaraq paylanmış məlumatlara uyğun gəlir. Kvantil, hər sinifə eyni sayda məlumat dəyərlərini təyin edir. Boş və ya çox az və yaxud həddindən çox göstərici ilə doldurulmuş siniflrə olmur. Kvantil təsnifatından istifadə edərək hər bir sinifdə bərabər sayda xüsusiyyətlər qruplaşdırıldığına görə, yekun nəticədə yaranan xəritə çox hallarda çaşğınlığa gətirib çıxara bilər. Bənzər dəyərlər/xüsusiyyətlər yaxınlığında olan siniflərdə yerləşdirilə bilər, ya da əhəmiyyətli dərəcədə fərqli dəyərlərə malik olan xüsusiyyətlər ilə eyni sinifdə yerləşdirilə bilər. Bu təhrifi minimuma endirmək üçün siniflərin sayının artırılması bir həll yolu ola bilər. Bu üsuldan istifadə etmək üçün siniflərin sayını müəyyən etmək lazımdır.
Bərabər interval atribut dəyərlərinin diapozunu bərabər ölçülü alt intervallara bölür. Bu, sizə intervalların sayını təyin etməyə imkan verir və tətbiq olunma avtomatik olaraq dəyər aralığına əsasən siniflərin bölgüsünü müəyyənləşdirməlidir. Misal üçün siz üç sinif müəyyənləşdirirsiniz və onların dəyəri 0–300. Bu halda tətbiq olunma üç sinif yaratmalıdır və bu siniflərin diapazonu 0 –100, 101-200 və 201-300 olmalıdır. Bərabər interval ən yaxşısı bəlli olan məlumat diapazonlarına, missal üçün faiz ilə verilən göstəricilərə, tətbiq olunur. Bu metod digər dəyərlərə nisbətdə bir atributun dəyərini vurğulayır. Məsələn, metod bir mağazanın bütün satışların üçdə birini təşkil edən mağazalar qrupunun bir hissəsi olmasını göstərəcək. Bu üsuldan istifadə etmək üçün siniflərin sayını müəyyən etmək əhəmiyyətlidir.
Standart kənarlaşma metodu bir xüsusiyyətin dəyərinin orta dəyərdən nə dərəcədə fərqləndiyini göstərir. Tətbiq olunma orta və standart kənarlaşmanı hesablamalıdır. Sinif bölgüsü adətən ortalama dəyərlərdən və standart kənarlaşmadan istifadə edərək, 1, ½, ⅓ və ya ¼ standart kənarlaşmalardan ibarət olan standart kənarlaşmanın bir hissəsi olan bərabər sıra diapazonları ilə yaradılır. İki rəngli çaları orta səviyyədən yuxarı olan dəyərlərini (mavi rənğ ilə göstərilmiş) və ortalama dəyərlərdən aşağıda olan dəyərləri (qırmızı rənğ ilə göstərilmiş) daha aydın göstərməyə kömək edir. Bu üsuldan istifadə etmək üçün hər bir sinifin diapozunu müəyyənləşdirmık üçün standart kənarlaşmanın nisbətini müəyyənləşdirməyi bacarmaq əhəmiyyətlidir.
Təbii bölgülər (Jenks) siniflər məlumatlara xas olan təbii qruplaşmalara əsaslanır. Sinif bölgüləri hər sinif daxilində dəyərlərin dəyişməsini minimuma endirməklə və siniflər arasındakı fərqləri maksimum dərəcədə artırmaqla müəyyən edilir. Təbii bölgülər məlumatlar əsasında müəyyənləşdirilmiş təsnifatdır və ayri ayri müxtəlif məlumatlardan ibarət olan xəritələrin müqayisəsi üçün elədə faydalı deyil. Daha ətraflı məlumat üçün, bax: Yerləşmə təhlili üzrə təsnifat sxemlərinin birtərəfli təsviri - Hərtərəfli Kılavuz, 3-cü nəşr; © 2006-2009; de Smith, Goodchild, Longley. Bu üsuldan istifadə etmək üçün siniflərin sayını müəyyən etmək əhəmiyyətlidir.