|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120459 |
Hesabatın adı |
12 - gəlmə turizm (Gəlmə turizmə dair) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 aprel 2018-ci il tarixli, 17/18 №-li qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
12-gəlmə turizm nömrəli statistik müayinə forması əsasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə həyata keçirdikləri səfərləri, o cümlədən turist səfərləri haqqında statistik məlumatlar əldə ediləcəkdir. |
Dövriliyi |
Aylıq |
Təqdim olunma muddəti |
Seçmə statistik müayinə ; Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində |
Müşahidə dairəsi |
Statistik müayinə sorğusu sərhəd-buraxılış məntəqələrindən keçərək ölkə ərazisini tərk edən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən təsadüfi qaydada seçilmiş 15 və yuxarı yaşda şəxslərin cavabları əsasında aparılır. |
Uçot vahidi |
Ölkə sərhəddini keçən şəxs |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Gəlmə turizmə dair seçmə statistik müayinənin keçirilməsində əsas məqsəd ölkəmizə turizm məqsədilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məqsədləri, gəlir və xərcləri, yerləşməsi, istifadə etdikləri nəqliyyat vasitələri və s. haqqında aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir. |
İstifadəçilər |
Dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Seçmə müşahidə |
Məlumat mənbələri |
Seçməyə düşmüş respondentlərin ilkin məlumatları |
Məlumatların toplanması forması |
Statistik müayinə forması rüb başa çatdıqdan sonra 30 gün ərzində yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) elektron formada təqdim edilir. |
Hazır olma vaxtı |
Hesabat dövrundən sonra hər ayın 30-dək |
Keyfiyyətə nəzarət və baxış |
Müayinə formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər BMT-nın turizm statistikası üzrə beynəlxalq tövsiyələri və Ümumdünya Turizm Təşkilatının tövsiyələri və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur. |
Göstəricilərin izahı
|
Gəlmə turizm - yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahətidir.
Turist - turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir.Turizm - fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
Seçmə xətası
|
Seçilmiş nümunələrin göstəricilərinin dəqiqliyinin müəyyən edilməsi üçün kənarlaşmaların qiymətləndirilməsi. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
Digər sahələrlə əlaqəsi |
Nəqliyyat statistikası, Turizm statistikası , İaşə statistikası , Miqrasiya və gender statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda turizm |
Nəşr:bülleten |
Gəlmə turizm |
Arxivləşdirmə
|
Kağız, elektron |