|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120458 |
Hesabatın adı |
Getmə turizmə dair |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin 17 aprel 2018-ci il tarixli, 17/18 №-li qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
AR-da yaşayan vətəndaşlarının başqa ölkələrə həyata keçirdikləri səfərlər, o cümlədən turist səfərləri haqqında statistik məlumatlar əldə ediləcəkdir. |
Dövriliyi |
Rüblük |
Təqdim olunma muddəti |
Seçmə statistik müayinə ; Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində |
Müşahidə dairəsi |
12-getmə turizm nömrəli statistik müayinə forması əsasında Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkələrə həyata keçirdikləri səfərlər, o cümlədən turist səfərləri haqqında statistik məlumatlar əldə ediləcəkdir. Müayinə sərhəd-buraxılış məntəqələrindən keçərək xarici ölkələrdən qayıdan Azərbaycan Respublikasında yaşayan vətəndaşlardan və vətəndaşlığı olmayan şəxslərdən təsadüfi qaydada seçilmiş 15 və yuxarı yaşda şəxslərin müayinəni aparan şəxs tərəfindən sorğu edilməsi yolu ilə onların cavabları əsasında həyata keçirilir. |
Uçot vahidi |
Ölkə sərhəddini keçən şəxs |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
12-getmə turizm nömrəli statistik müayinə forması əsasında Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkələrə həyata keçirdikləri səfərlər, o cümlədən turist səfərləri haqqında statistik məlumatlar əldə ediləcəkdir. Seçmə statistik müayinənin keçirilməsində əsas məqsəd turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı, onların səfərlərinin məqsədi, turizm məqsədli xərcləri, keçirdikləri gecələmələr haqqında ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin köməkçi hesablarının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir. Müayinə 2011-ci ildən tərtib olunur. |
İstifadəçilər |
Milli hesablar sistemi, dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Seçmə müşahidə |
Məlumat mənbələri |
Seçməyə düşmüş respondentlərin ilkin məlumatları |
Məlumatların toplanması forması |
Müayinə forması hesabat dövrü başa çatdıqdan sonra 30 gün ərzində yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) elektron formada təqdim edilir. |
Hazır olma vaxtı |
Rüb başa çatdıqdan sonra 30 gün ərzində |
Keyfiyyətə nəzarət və baxış |
Müayinə formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər BMT-nın turizm statistikası üzrə beynəlxalq tövsiyələri, Ümumdünya Turizm Təşkilatının tövsiyələri və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur. |
Göstəricilərin izahı
|
Turizm - fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir.
Getmə turizm - Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara turizm məqsədli səyahətidir.
Turist - turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir.
Turizm zərfi – müəyyən müddət üçün və müəyyən qiymət əsasında turoperator tərəfindən formalaşdırılan, iki və daha çox turizm xidmətini özündə birləşdirən turizm məhsuludur.
Respondent – sərhəd-buraxılış məntəqəsində statistik müayinəni aparan şəxsin suallarına cavab verən, Azərbaycan Respublikasında yaşayan vətəndaş və vətəndaşlığı olmayan 15 və yuxarı yaşda şəxsdir. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
Seçmə xətası
|
Seçilmiş nümunələrin göstəricilərinin dəqiqliyinin müəyyən edilməsi üçün kənarlaşmaların qiymətləndirilməsi. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
Digər sahələrlə əlaqəsi |
Beynəlxalq əlaqələr , Nəqliyyat statistikası, Turizm statistikası , İaşə statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda turizm |
Nəşr:bülleten |
Getmə turizm |
Arxivləşdirmə
|
Kağız, elektron |