|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120457 |
Hesabatın adı |
4-daxili turizm (Daxili turizmə dair) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 aprel 2018-ci il tarixli, 16/18 №-li qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Statistika müayinəsi ev təsərrüfatlarının 0,5 faizi əhatə olunmaqla ölkənin bütün rayonlarında (şəhərlərində) aparılır. Azərbaycan vətəndaşlarının, ölkə daxilində həyata keçirdikləri turist səfərləri barədə məlumat əldə edilir. |
Dövriliyi |
Rüblük |
Təqdim olunma muddəti |
Seçmə statistik müayinə ; Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində |
Müşahidə dairəsi |
Seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan ailə üzvləri |
Uçot vahidi |
Seçməyə düşmüş ev təsərrüfatları |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Daxili turizmə dair seçmə statistik müayinənin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarının ölkə daxilində həyata keçirdikləri turizm səfərlərinin sayı, turizm xərcləri, istifadə olunan nəqliyyat vasitələri haqqında statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizm köməkçi hesablarının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir. |
İstifadəçilər |
Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Müvafiq siyahı əsasında |
Məlumat mənbələri |
Seçməyə düşmüş respondentlərin ilkin məlumatları |
Məlumatların toplanması forması |
Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) elektron formada təqdim edilir. |
Hazır olma vaxtı |
Hesabat başa çatdıqdan sonra 2 ay ərzində. Təlimatlandırılmış sayıcılar tərəfindən seçməyə düşmüş ev təsərrüfatlarının yaşı 15-dən yuxarı olan ailə üzvləri arasında bilavasitə sorğu vasitəsilə müayinə formalarına yazılır. |
Keyfiyyətə nəzarət və baxış |
Müayinə formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu", Ümumdünya Turizm Təşkilatının turizm statistikasına dair tövsiyyələri, Avrostat və digər beynəlxalq qurumların metodoloji vəsaitləri əsasında hazırlanmışdır. |
Göstəricilərin izahı
|
Turizm - fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir.
Daxili turizm - Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahətidir.
Turist - turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir.
Turizm zərfi – müəyyən müddət üçün və müəyyən qiymət əsasında turoperator tərəfindən formalaşdırılan, iki və daha çox turizm xidmətini özündə birləşdirən turizm məhsuludur.
Respondent - seçməyə düşmüş ev təsərrüfatında müayinəni aparan şəxsin suallarına cavab verən ev təsərrüfatı üzvüdür. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024 |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
Seçmə xətası
|
Seçilmiş nümunələrin göstəricilərinin dəqiqliyinin müəyyən edilməsi üçün kənarlaşmaların qiymətləndirilməsi. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
Digər sahələrlə əlaqəsi |
Registr , Seçmə |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan |
Nəşr:yekunlar |
|
Nəşr:bülleten |
Daxili turizm |
Arxivləşdirmə
|
Kağız, elektron |