|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120101 |
Hesabatın adı |
4-turizm №-li forma (Turagentlər, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04.07.2017-ci il tarixli 11/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti xidmətləri |
Dövriliyi |
Rüblük |
Təqdim olunma muddəti |
Bütün sahibkarlıq subyektləri hesabat dövründən sonrakı ayın 15-i |
Müşahidə dairəsi |
Bütün turist təşkilatları, habelə, turizm fəaliyyəti ilə (vaxtaşırı və ya müntəzəm) məşğul olan qeyri-turist müəssisələri |
Uçot vahidi |
Hüquqi şəxs, Fiziki şəxs |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
4-turizm №-li (rüblük) rəsmi statistika hesabatı forması səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən sahibkarlıq subyektlərinin gəlir və xərcləri, əhaliyə satılmış turizm yollayışlarının sayı və dəyəri, turizm yollayışlarından istifadə etməklə ölkə daxilində və xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı və s. göstəricilərlə bağlı məlumatların toplanması və nəşri üçün nəzərdə tutulmuşdur. Hesabat 15 ildən artıqdır ki, tətbiq olunur. |
İstifadəçilər |
Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Bütün müəssisələr |
Məlumat mənbələri |
Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Hesabat real vaxt rejimində təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
Hazır olma vaxtı |
hesabat dövründən sonrakı ayın 30-u |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu", BMT-nın turizm statistikası üzrə beynəlxalq tövsiyələri, Ümumdünya Turizm Təşkilatının tövsiyələri və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur. |
Göstəricilərin izahı
|
Turizm - fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir.
Turoperator - turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxsdir.
Turagent - turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.
Turizm məhsulu - turizm ehtiyatlarının turistlərin maraq dairəsinə uyğun olaraq müəyyən məzmun əsasında sistemləşdirilmiş məcmusudur.
Turizm zərfi - müəyyən müddət üçün və müəyyən qiymət əsasında turoperator tərəfindən formalaşdırılan, iki və daha çox turizm xidmətini özündə birləşdirən turizm məhsuludur.
Turist - turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir. |
Təsnifatlar |
İqtisadi rayonların bölgüsü, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, Qitələr və coğrafi regionların siyahısı, Dünya ölkələri, "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid "açarları" |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
Seçmə xətası
|
Müşahidə başdan-başa aparıldığından seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Hesabat məlumatlarının toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir. |
Digər sahələrlə əlaqəsi |
Turizm statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda turizm |
Nəşr:bülleten |
|
Arxivləşdirmə
|
Kağız, elektron |