|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120046 |
Hesabatın adı |
12- mehmanxana №-li forma (Mehmanxanaların (hotellərin) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04.07.2017-ci il tarixli 10/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti |
Dövriliyi |
Aylıq |
Təqdim olunma muddəti |
Bütün sahibkarlıq subyektləri hesabat dövründən sonrakı ayın 10-dək |
Müşahidə dairəsi |
Hesabatı təşkilatı - hüququ formasından və mülkiyyət növündən asılı olmayaraq yerləşdirmə xidmətləri göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, onların filial və nümayəndəlikləri təqdim edir. |
Uçot vahidi |
Yerli vahid , Hüquqi şəxs |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabatın əsas məqsədi mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, bu müəssisələrdə nömrələrin (otaqların) sayı, birdəfəlik tutum, yerləşdirilmiş şəxslərin və gecələmələrin sayı, müəssisələrin gəlir və xərcləri, işçilərinin sayı, və.s məlumatların əldə edilməsidir.
Hesabat 15 ildən artıqdır ki, tərtib olunur |
İstifadəçilər |
Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Bütün müəssisələr |
Məlumat mənbələri |
Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Məlumatlar hesabat dövründən sonrakı ayın 10-dək real-vaxt rejimində təqdim edilir. |
Hazır olma vaxtı |
hesabat dövründən sonrakı ayın 25-i |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər Ümumdünya Turizm Təşkilatının turizm statistikasına dair tövsiyyələri, Avrostat və digər beynəlxalq qurumların metodoloji vəsaitləri əsasında hazırlanmışdır. |
Göstəricilərin izahı
|
Nömrələrinin sayı müəyyən minimum saydan çox olan, vahid rəhbərliyə malik, nömrələrində gündəlik yataqların səliqəyə salınması və sanitar qovşağının yığışdırılması daxil edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən, xidmətlərin və mövcud olan avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara bölünən müəssisələrdir.Birdəfəlik tutum - mehmanxana və mehmanxana tipli müəssisələrdə mövcud olan yerlərin (çarpayıların) sayı nəzərdə tutulur.
Yerləşdirilmiş şəxslər - il ərzində yollayışla və yollayışsız gələn şəxslərin mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilməsidir.
Gecələmələr-Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Hesabat məlumatları dərhal yoxlanılır, xətalar aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir. |
Seçmə xətası
|
Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Hesabat məlumatlarının toplanması |
Digər sahələrlə əlaqəsi |
Turizm statistikası , İaşə statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda turizm |
Nəşr:bülleten |
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında |
Arxivləşdirmə
|
Kağız, elektron |