Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117428
Hesabatın adı
          12 №-li (İQİ-xidmət) “Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri haqqında” rəsmi statistika müşahidə forması
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 4/04 nömrəli 6 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin müşahidə forması haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  (Qiymət qeydiyyatçıları tərəfindən) hər ayın 3-cü on günlüyündə
Müşahidə dairəsi
          Xidmət sahəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (22-55)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Müşahidə forması əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin dəyişilməsini xarakterizə etmək üçün nəzərdə tutulub. Müşahidə forması 2005-ci ildən tərtib olunmuşdur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
Məlumatların toplanması forması
          Müşahidə forması real-vaxt rejimində təqdim olunur. Müşahidə formasının elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ayın 10-u
Keyfiyyətə nəzarət və baxış
          Müşahidə formalarının yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Qiymət statistikası üzrə əsas beynəlxalq tövsiyələr: Dünya Bankının, Avropa İqtisadi Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Əmək Təşkilatının, İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının birgə hazırladıqları "Consumer Price Index Manual- Theory and Practice" metodoloji tövsiyə
Göstəricilərin izahı
          Müşahidə formasında olan göstəricilərin izahı "Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin müşahidəsi haqqında" rəsmi statistika müşahidə formasının doldurulmasına dair göstərişdə (Dövlət Statistika Komitəsinin 4/04 nömrəli, 06 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur) verilmişdir.
Təsnifatlar
          Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Müşahidə forması məlumatlarının toplanması
Digər sahələrlə əlaqəsi
          Beynəlxalq informasiya təminatı
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          Qiymətlər və qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron