Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117257
Hesabatın adı
          1 №-li forma (TQ istehsalçı) (Tikinti işlərinin qiymətləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 32/4 №-li 11 iyun 2012-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikinti təşkilatları tərəfindən faktiki yerinə yetirilən işlərinin və xidmətlərin qiymətləri haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq
Müşahidə dairəsi
          Tikinti təşkilatları
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Sənaye statistikası , Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (daxili 22-55)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikinti işlərinin və xidmətlərinin qiymətlərini müşahidə etməklə azad bazar iqtisadiyyatı şəraitində istər dövlət, istərsə də özəl mülkiyyətli müəssisələr tərəfindən görülmüş tikinti işləri və ya göstərilmiş xidmətlərin faktiki istehsalçı qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat rübündən sonrakı ayın 15-i
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı Dövlət Statistika Komitəsinin 11 iyun 2012-ci il tarixli 32/4 nömrəli qərarı ilə təsdiq olunmuş hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          İqtisadi fəaliyyət növləri təsnifatı, Təşkilati-hüquqi formaların statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat rübündə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Tikinti təşkilatları hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
Digər sahələrlə əlaqəsi
          Tikinti statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Elektron