Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117251
Hesabatın adı
          12-qiymət (sənaye) №-li forma (Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 48/04 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq
Müşahidə dairəsi
          Sənaye müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası , Sənaye statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012) 377-10-70 daxili 22-55
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi sənaye məhsullarının istehsalçı qiymətləri, göstərilmiş sənaye xarakterli xidmətlərin qiymətləri və müəssisələr tərəfindən məhsul istehsalı məqsədilə əldə olunmuş xammal və materialların qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridır. Hesabatın 1-ci bölməsi üzrə məlumatlar 2000-ci ildən, 2-ci və 3-cü bölmələri üzrə məlumatlar isə 2010-cu ildən yığılır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat ayından sonrakı ayın 2-ci iş günü
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 48/04 №-li qərarı ilə təsdiq edilmiş "Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında" 12-qiymət (sənaye) №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"də verilmişdir.
Təsnifatlar
          İqtisadi fəaliyyət növləri təsnifatı, Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı , Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Sənaye müəssisələri hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          İstehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron