Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03113123
Hesabatın adı
          2-balıq №-li forma (Göl və nohur balıqçılığına dair hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 oktyabr 2013-cü il tarixli, 116/11 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Respublika ərazisində göl və nohurların sayı, səthi, işçilərin sayı və ovlanmış balığın miqdarına dair
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Göl və nohur balıqçılığı ilə məşğul olan hüquqi və fiziki şəxslər hesabatı fevralın 21-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
Müşahidə dairəsi
          Göl və nohur balıqçılığı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Heyvandarlıq statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (22-42)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi göl və nohur balıqçılığı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin fəaliyyəti haqqında məlumatların toplanmasıdır. Hesabat 2010-cu ildə tərtib olunmuş və 2013-cü il tarixli, 116/11 №-li qərarı ilə təsdiq edilmişdir.
İstifadəçilər
          Dövlət orqanları, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.azstat.org saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          mart ayının 15
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Dövlət Statistika Komitəsinin müvafiq sərəncamı ilə təsdiq edilmiş kənd və meşə təsərrüfatı, balıqçılıq və ovçuluq statistikası üzrə hesabat formalarının albomu və onların doldurulmasına dair metodoloji izahatlar.
Göstəricilərin izahı
          Süni yaradılmış göl və nohurlarda fiziki şəxslər tərəfindən yetişdirilib tutulmuş balıqlar barədə məlumatlar.
Təsnifatlar
          Təşkilati-hüquqi formaların statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Göstəricilərin müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Statistik işlər proqramına uyğun
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası , Tikinti statistikası , Energetika statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın kənd təsərrüfatı
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron