|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03109093 |
Hesabatın adı |
10 №-li forma (dəmir yolu) (Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə inventar parkı və əsas istismar göstəriciləri haqqında) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 21 may tarixli 59/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə invertar parkı və əsas istismar göstəriciləri haqqında. |
Dövriliyi |
İllik |
Təqdim olunma muddəti |
Bütün sahibkarlıq subyektləri Fevralın 20-dək |
Müşahidə dairəsi |
Dəmir yolu müəssisələri (İFNT üzrə əsas fəaliyyət: 491-492) |
Uçot vahidi |
Hüquqi şəxs |
İstifadə olunduğu sahə |
Registr |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2234 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabatın əsas məqsədi dəmir yolu nəqliyyatı ilə həyata keçirilən bütün daşınmalar, hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu və onlara olan tələbat,elektrovozların, elektrik qatar bölmələrinin, teplovozların, dizel qatarlarının və konteynerlərin qurulma illərinə görə invertar parkı, yük və sərnişin vaqonlarının xidmət müddətlərinə görə bölüşdürülməsi, ümumi istifadədə olan dəmir yollarının istismar uzunluğu, hesabat ilində dəmir yollarının uzunluğunun dəyişməsi, rels və şpallar, dəmir yolu nəqliyyatında baş vermiş qəzalar haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istifadəçilərə məlumat verməkdir. Hesabat forması 10 ildən yuxarıdır tətbiq olunur. |
İstifadəçilər |
Dövlət orqanları, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Müvafiq siyahı əsasında |
Məlumat mənbələri |
Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
Hazır olma vaxtı |
Yekun məlumatların hazırlanması nəşr üzrə təqvim planına uyğun həyata keçirilir. |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtsadi Əməkdaşlıq və İnkşaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur. |
Göstəricilərin izahı
|
“Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə inventar parkı və əsas istismar göstəriciləri haqqında” 10 №-li (dəmir yolu) illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 21 may tarixli 59/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Məlumatların qəbulunda və istfadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır. |
Seçmə xətası
|
Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir |
Digər sahələrlə əlaqəsi |
Registr |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda nəqliyyat |
Nəşr:bülleten |
|
Arxivləşdirmə
|
Kağız, elektron |