Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109075
Hesabatın adı
          4-dəmir yolu №-li forma (Dəmir yolu nəqliyyatının işi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 4/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Dəmir yolu nəqliyyatının işi haqqında hesabat
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat dövründən sonra 45 gün müddətinə
Müşahidə dairəsi
          
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Statistikanın təşkili
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2234
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi dəmir yolu nəqliyyatında ümumi iqtisadi göstəricilər, beynəlxalq xidmətlər üzrə əməliyyatlardan daxilolmalar, beynəlxalq xidmətlər üzrə əməliyyatlara ödənişlər, növlər üzrə yük daşınması və s. haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istifadəçilərə məlumat verməkdir. Hesabat forması 90-cı illərin əvvəlindən tətbiq olunur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.azstat.org saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar o cümlədən avrostat, beynəlxalq nəqliyyat forumu, iqtsadi əməktaşlıq inkşaf təşkilatı, və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur.
Göstəricilərin izahı
          “Dəmir yolu nəqliyyatının işi haqqında” 4№ li (dəmir yolu) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 4/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007, Məhsul növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istfadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir. Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda nəşr olunur.
Digər sahələrlə əlaqəsi
          Registr
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycan rəqəmlərdə, Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron