Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109072
Hesabatın adı
          1-rabitə №-li forma (Telefon rabitəsinin texniki vasitələri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 30 dekabr tarixli 47/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Telefon rabitəsinin texniki vasitələri haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  Telekommunikasiya müəssisələri hesabatı mart ayının 20-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
          Kiçik olmayan sahibkarlıq subyektləri   Telekommunikasiya müəssisələri hesabatı mart ayının 20-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
          Bütün sahibkarlıq subyektləri  Telekommunikasiya müəssisələri hesabatı mart ayının 20-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
          Seçmə statistik müayinə ; Aparılmır
Müşahidə dairəsi
          Telekommunikasiya müəssisələri (İFNT üzrə 61102)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Rabitə statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili (2234)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi telefon stansiyalarının sayı və onların tutumu, quraşdırılmış tutumun il ərzində dəyişməsi, şəhər və kənd telefon rabitəsinin telefon aparatlarının sayı və avtomatlaşdırılmış məlumat xidmətləri barəsində məlumat toplamaqdır. Tətbiq olunma tarixi 30 ildən çoxdur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ilin aprel ayının 19-u
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər rabitə sahəsində dair metodologiyalar əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          “Telefon rabitəsinin texniki vasitələri haqqında” 1-rabitə №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 30 dekabr tarixli 47/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin ötən ilin müvafiq dövrü ilə müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Registr , Təsnifatlar , Ictimaiyyətlə əlaqələr , İnformasiya texnologiyaları
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda telekommunikasiya və poçt, Azərbaycanda informasiya cəmiyyəti , Regionların sosial-iqtisadi inkişafı
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron