Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106036
Hesabatın adı
          1-su kəməri və kanalizasiya nömrəli forma (Su kəmərlərinin və kanalizasiyaların işinə dair).
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 dekabr 2013-cü il tarixli 138/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Su kəmərlərinin və kanalizasiyaların işinə dair
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Fevral ayının 5-dən gec olmayaraq
Müşahidə dairəsi
          Balanslarında və ya istifadələrində olan su kəmərləri və kanalizasiya sistemləri vasitəsilə əhaliyə və digər istehlakçılara su təchizatı və kanalizasiya xidmətləri göstərən və müstəqil balansı olan müəssisələr
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası , Ətraf mühit statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi su kəməri ilə əhaliyə, kommunal-məişət ehtiyaclarına və istehsal ehtiyaclarına su verən, çirkab suların mərkəzləşdirilmiş qaydada təmizlənməsi və kənara axıdılması ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          31 may
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatlardakı göstəricilərin izahı 1-su kəməri və kanalizasiya nömrəli (Su kəmərlərinin və kanalizasiyaların işinə dair) illik rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki il ilə və yekun məlumatların müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Energetika statistikası , Ətraf mühit statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycanda tikinti
Nəşr:bülleten
          Su və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron