Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106023
Hesabatın adı
          12-İnvestisiya № li (Əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında).
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 avqust 2023-cü il tarixli 39/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat ayından sonrakı ayın 5-ci iş günündə
Müşahidə dairəsi
          Əsas kapitala investisiya yönəltmiş ölkə rezidenti olan kommersiya hüquqi şəxslər, qeyri-rezident hüquqi şəxslərin filial və nümayəndəlikləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatları.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          İqtisadi balanslar statistikası , Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi əsas kapitala investisiya yönəldilməsi, tikililərin və obyektlərin inşası ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 2013-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Mikro sahibkarlıq subyekti olmayan tikinti müəssisələr üzrə hesabat dövründən sonrakı ayın 12-si, mikro sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə hesabat dövründən sonra 40-cı günədək.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatdakı göstəricilərin izahı 12-İnvestisiya № li forma (Əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında) rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ayla, ötən ilin müvafiq ayı ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycan rəqəmlərdə
Nəşr:bülleten
          Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron