|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03103466 |
Hesabatın adı |
1-ərzağa əlyetərlik nömrəli statistik müayinə forması (Əhalinin ərzağa əlyetərliyi səviyyəsinin öyrənilməsinə dair) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 avqust 2019-cu il tarixli, 07/03s №-li sərəncamı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi əhalinin ərzağa əlyetərliyini səciyyələndirən məlumatları əldə etmək məqsədilə təsadüfi qaydada seçilmiş ev təsərrüfatları arasında sorğu yolu ilə statistik müayinə keçirir. |
Dövriliyi |
İllik |
Təqdim olunma muddəti |
Seçmə statistik müayinə ; 31 oktyabr |
Müşahidə dairəsi |
Seçmə |
Uçot vahidi |
Seçməyə düşmüş ev təsərrüfatları |
İstifadə olunduğu sahə |
Ev təsərrüfatları büdcələrinin statistikası , Ərzaq balansları statistikası , Əhalinin həyat şəraitinin tədqiqatı statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+994 12 377-10-70 (22-46), faks; +99412 538 24 42 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Məqsəd il ərzində əhalinin müxtəlif təbəqələrinin ərzağa iqtisadi və fiziki əlyetərliyi
səviyyəsinin statistik qiymətləndirilməsidir. |
İstifadəçilər |
Milli hesablar sistemi, dövlət orqanları, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Seçmə müşahidə |
Məlumat mənbələri |
Seçməyə düşmüş respondentlərin ilkin məlumatları |
Məlumatların toplanması forması |
Məlumatlar təsadüfi qaydada seçilmiş ev təsərrüfatı başçısının cavabları əsasında, sorğunu aparan şəxs tərəfindən planşet tipli kompüterlər vasitəsilə real vaxt rejimində Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edilir. |
Hazır olma vaxtı |
18 dekabr |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formasının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Avropa Statistika Bürosu (Avrostat) və Dünya Bankının metodologiyasına və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə rübdə 10200 ev təsərrüfatında sorğu həyata keçirmiş və həmin ev təsərrüfatlarında 42000-ə yaxın şəxsin fərdi sorğusu təşkil olunmuşdur. |
Göstəricilərin izahı
|
Dövlət Statistika Komitəsi həyata keçirdiyi sorğu vasitəsilə ölkədə sosial və iqtisadi siyasət sahəsində uğurlu qərarlar qəbul edilməsi üçün lazım olan statistik məlumatların toplanması işini təşkil edir və əhalinin müxtəlif ictimai qrupları üzrə həyat səviyyəsi haqqında statistika məlumatları almaq məqsədilə ailə büdcələrini öyrənir. Təmsilli seçmə aparmaq məqsədilə əhalinin siyahıyaalınması materiallarından istifadə olunmaqla bütün ev təsərrüfatlarının elektron məlumat bazası yaradılmışdır. Bu baza əsasında bütün iqtisadi rayonları əhatə edən yeni reprezentativ seçmə şəbəkəsindən istifadə olunur. |
Təsnifatlar |
İnzibati ərazi bölgüsü təsnifatı, 2024, "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid "açarları" |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. Xətaların qeydiyyatı aparılmır, aşkarlandıqda aradan qaldırılır. |
Seçmə xətası
|
Seçmə xətaları hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Məlumatların toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir |
Digər sahələrlə əlaqəsi |
Ev təsərrüfatları büdcələrinin statistikası , Əhalinin həyat şəraitinin tədqiqatı statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan |
Nəşr:yekunlar |
Dayanıqlı inkişaf məqsədləri |
Nəşr:bülleten |
Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları |
Arxivləşdirmə
|
Kağız, elektron |