Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03103406
Hesabatın adı
          4 büdcə - Ev təsərrüfatının xərcləri və gəlirlərinin qeyd olunması üçün yaddaş kitabçası
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin 15 dekabr 2021-ci il tarixli 29/03 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Müayinə forması yaddaş kitabçası kimi, gəlir və xərclərin qeyd olunması üçün 3-büdcə nömrəli müayinə forması doldurularkən istifadə edilir.
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
Müşahidə dairəsi
          Rübün bütün günləri üzrə müvafiq göstəricilər kitabçada təsbit edilir. Rübün sonunda yaddaş kitabçalarının əsasında 3-büdcə saylı hesabatlar tərtib edilir.
Uçot vahidi
          Seçməyə düşmüş ev təsərrüfatları
İstifadə olunduğu sahə
          Ev təsərrüfatları büdcələrinin statistikası , Əhalinin həyat şəraitinin tədqiqatı statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +994 12 377-10-70 (22-46), +99412 538 24 42
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Rüblük gəlir və xərclərin yaddan çıxmaması üçün 4-büdcə saylı yaddaş kitabçaları ev təsərrüfatının gəlir - xərclərini idarə edən təsərrüfat üzvlərinə verilir. Rübün bütün günləri üzrə müvafiq göstəricilər kitabçada təsbit edilir. Rübün sonunda yaddaş kitabçalarının əsasında 3-büdcə saylı hesabatlar tərtib edilir.
İstifadəçilər
          Tədqiqatçılar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Seçməyə düşmüş respondentlərin ilkin məlumatları
Məlumatların toplanması forması
          Seçmə müşahidəyə cəlb olunmuş ev təsərrüfatı tərəfindən doldurulur və yaddaş kitabçası kimi, rüblük gəlir və xərclərin qeyd olunması üçün 3 büdcə nömrəli forma doldurularkən istifadə olunur
Hazır olma vaxtı
          hesabat döv-ründən sonrakı ayın 10-dək
Keyfiyyətə nəzarət və baxış
          Nəzarət yerdəki intevyüer tərəfindən həyata keçirilir
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Dünya bankı, Avrostat və BƏT-nın iş üzrə metodoloji tövsiyələri nəzərə alınmaqla hazırlanmış təlimatın tələblərinə uyğun həyata keçirilir.
Göstəricilərin izahı
          Tədqiqat işi üzrə təlimatda müfəssəl məlumatlar mövcuddur.
Təsnifatlar
          İnzibati ərazi bölgüsü təsnifatı, 2024, Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətaların qeydiyyatı aparılmır, aşkarlandıqda aradan qaldırılır.
Seçmə xətası
          Hər ilin sonunda növbəti il üçün tədqiqat aparılacaq ev təsərrüfatlarının siyahısı yenidən aktuallaşdırılır ki, bu da il ərzində xətaların səviyyəsini sıfıra endirir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Məlumatların toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir
Digər sahələrlə əlaqəsi
          
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycan gəncləri, Azərbaycanda qadınlar və kişilər, Dayanıqlı inkişaf məqsədləri, Ev təsərrüfatları tədqiqatının yekunları
Nəşr:bülleten
          Ev təsərrüfatları tədqiqatının yekunları
Arxivləşdirmə
          Kağız, elektron