Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İxrac göstəriciləri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sənaye və tikinti statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Elman Qasımzadə
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  elman.gasimzade@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (daxili 2210)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +994 12 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  10.09.2021
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 10.09.2021
2.3Metaməlumatların son yenilənməsi tarixi 27.09.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı İxrac göstəriciləri hasilat sənayesində fəaliyyət göstərən şirkətlər tərəfindən ixrac olunmuş xam neftin, qaz kondensatının, təbii qazın, səmt qazının, qızıl və gümüşün natural ifadədə həcmini və onların dəyərini xarakterizə edir.
3.2Təsnifat sistemi  Hasilat sənayesində şəffaflıq üzrə statistik məlumatların toplanması, emalı və yayılması zamanı Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə təsdiq edilmiş və Standartlaşdırma üzrə Dövlət Fonduna daxil edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı (üçüncü versiya)”ndan, “Sənaye məhsullarının statistik təsnifatı, 2019”dan və “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemi (HS)”ndən istifadə edilmişdir. Təsnifatların elektron variantları: https://www.stat.gov.az/menu/5/classifications/ http://e-qanun.az/framework/37035
3.3Əhatə edilən sektor  İxrac üzrə göstəricilərin əhatə etdiyi sektora “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemi (HS)”nin “2709 - Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları” bölməsi, “2711- təbii qaz” bölməsi, “7108 - İşlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla) bölməsi” və “7106 - İşlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla)” bölməsi üzrə fəaliyyətlər daxil edilir.
3.4Statistik anlayışlar və təriflər  İxrac olunmuş sənaye məhsulları üzrə milli və beynəlxalq standartlarda aşağıdakı anlayış və təriflərdən istifadə olunur: İxrac – ölkənin gömrük ərazisində azad tədavüldə olan malların həmin əraziyə geri qaytarmaq öhdəçiliyi olmadan ölkə ərazisindən çıxarılmasını təyin edən gömrük rejimidir; Müəssisələr tərəfindən ixrac göstəricilərinə dair təqdim edilmiş məlumatlar gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan məhsulların statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla qeyd edilmişdir.
3.5Statistik vahid Hasilat sənayesi sahəsində fəaliyyət göstərən şirkət, müəssisə.
3.6Statistik məcmu  Hasilat sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin, müəssisələrin toplusu.
3.7İstinad zonası  Azərbaycan Respublikası üzrə.
3.8Vaxt əhatəliyi  İxrac göstəricilərinə dair məlumatlar 2019-2023-cü illəri əhatə edir.
3.9Baza dövrü  Hasilat sənayesi üzrə şəffaflığa dair portalda baza dövrü 2019-cu ildir. Bununla yanaşı, ixrac göstəriciləri üzrə ümumiləşdirilmiş rəsmi statistika məlumatları ilə bağlı Dövlət Statistika Komitəsinin informasiya ehtiyatlarında və statistik nəşrlərində uzun illəri əhatə edən dinamika sıraları mövcuddur.
4Ölçü vahidi  Natura ifadəsində olan göstəricilər xam neft üzrə ton, barel; təbii qaz üzrə kub metr; qızıl və gümüş üzrə kq, unsiya ilə, dəyər ifadəsində olan göstəricilər isə manat və ABŞ dolları ilə göstərilmişdir.
5Hesabat dövrü  illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Azərbaycan Respublikası Prezidentinin “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 28 iyul tarixli 1114 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanılması və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanması, eləcə də hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətlərinin əlaqələndirilməsi Dövlət Statistika Komitəsinə tapşırılmışdır. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq hüququ vardır.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi"nin 16-cı və 41-ci maddələrinin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə olunduğunu bildirmişdir. "İxrac göstəriciləri"nə dair məlumatları müəssisələr üzrə təqdim etməmişdir. Bununla əlaqədar müəssisələrin ixrac üzrə məlumatlarının inzibati məlumatlarla tutuşdurulması və yoxlanılması mümkün olmamışdır.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirdir. Həmin qanuna əsasən məlumatların açıqlanması yalnız müəssisələrin razılığı ilə həyata keçirilə bilər. Bununla əlaqədar bütün hasilat şirkətlərinə rəsmi müraciət olunmuş, şirkətlər tərəfindən məlumatların açıqlanmasına icazə verilmədiyi halda "Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun olaraq həmin şirkət və yaxud aidiyyəti məlumatların Dövlət Statistika Komitəsi tərəfindən ictimaiyyətə açıqlanması mümkün olmamışdır.
7.2Məxfi məlumatların işlənməsi  Məlumatlarının açıqlanmasına icazə vermiş şirkətlər üzrə ilkin məlumatların emalı həyata keçirilmişdir. Digər məlumatların, habelə yayılanadək bütün statistik məlumatların mühafizəsi təmin edilmiş, bununla bağlı səlahiyyəti olmayan şəxslərin ilkin məlumatlara icazəsiz girişinin qarşısını almaq məqsədilə zəruri tənzimləyici, inzibati, texniki və təşkilati tədbirlər görülmüşdür.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  İlkin mərhələdə məlumatların ildə bir dəfə, növbəti dövrlərdə isə daha qısa dövriliklə açıqlanması nəzərdə tutulmuşdur. Bununla bağlı ayrıca yayım təqvimi hazırlanmamışdır.
8.2Yayım təqviminə giriş  Yayım təqviminin hazırlanmasına ehtiyac yaranmamışdır.
8.3İstifadəçi girişi  Açıqlanması nəzərdə tutulmuş məlumatlar üzrə müvafiq bazaya bütün istifadəçilərin girişi bərabər səviyyədə təmin olunmuşdur.
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Məlumatların yayılması kütləvi informasiya vasitələrinin iştirakı və mətbu məlumat vasitəsilə həyata keçirilir.
10.2Nəşrlər  Məlumatların yayılması portal vasitəsilə həyata keçirildiyinə görə ayrıca nəşrin hazırlanması nəzərdə tutulmamışdır.
10.3Onlayn məlumat bazası  Məlumatların yayılması portal vasitəsilə həyata keçirilir.
10.4Mikroməlumatlara giriş  Məlumatlarının açıqlanmasına icazə vermiş şirkətlər üzrə müvafiq mikroməlumatlara istifadəçilərin girişi təmin edilmişdir.
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6Metodologiya üzrə sənədlər  Dövlət Statistika Komitəsinin 2021-ci il 25 fevral tarixli 01/14s nömrəli Sərəncamı “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi” təsdiq edilmişdir.
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ https://www.azstat.org/MetaDataG/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Hasilat sənayesində şəffaflıq üzrə məlumatların və onların istehsal prosesinin keyfiyyətliliyini təmin etmək üçün zəruri prosedurlar həyata keçirilmişdir. Bununla yanaşı, Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hasilat sənayesində şəffaflıq üzrə rəsmi statistik məlumatlar da daxil olmaqla hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Hasilat sənayesində şəffaflıq üzrə rəsmi statistik məlumatlara istifadəçilərin tələbatı yüksəkdir. Bu tələbat da nəzərə alınmaqla Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla hasilat sənayesində şəffaflıq (HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləmiş, beynəlxalq standartlar əsasında HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək lazımi tədbirlər həyata keçirmiş, o cümlədən müvafiq hesabatların hazırlanaraq ictimaiyyətə açıqlığını təmin etmişdir. Bununla yanaşı, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi, istifadəçi tələbatının daha adekvat ödənilməsi məqsədilə yeni mexanizmin tətbiqi nəzərdə tutulmuşdur.
12.2İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğu ölçülməmişdir.
12.3Dolğunluq  İstifadəçi tələbatı nəzərə alınmaqla məlumatların dolğunluğu üzrə nisbət hesablanmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi"nin 16-cı və 41-ci maddələrinin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə olunduğunu bildirmişdir. "İxrac göstəriciləri"nə dair məlumatları müəssisələr üzrə təqdim etməmişdir. Bununla əlaqədar müəssisələrin ixrac üzrə məlumatlarının inzibati məlumatlarla tutuşdurulması və yoxlanılması mümkün olmamışdır.
13.2Seçmə xətası  Məlumatlar seçmə müayinə metodu ilə deyil, başdan-başa metodla, bütün şirkətlərdən toplanmışdır. Bununla əlaqədar seçmə xətasının hesablanmasına zərurət qalmamışdır.
13.3Qeyri-seçmə xətası  Məlumatlar seçmə müayinə metodu ilə deyil, başdan-başa metodla, bütün şirkətlərdən toplanmışdır. Bununla əlaqədar qeyri-seçmə xətasının hesablanmasına zərurət qalmamışdır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Məlumatların toplanması, emalı və yayılması plana uyğun olaraq həyata keçirilmişdir.
14.2Tam vaxtında yerinə yetirmə  Məlumatların toplanması, onların dəqiqləşdirilməsi və yayımı prosesi 3 ay müddətində həyata keçirilmişdir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Məlumatlar ölkə üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Məlumatların dinamikası 5 illik dövrü əhatə edir. Bununla yanaşı, ixrac göstəriciləri üzrə ümumiləşdirilmiş rəsmi statistika məlumatları ilə bağlı Dövlət Statistika Komitəsinin informasiya ehtiyatlarında və statistik nəşrlərində uzun illəri əhatə edən dinamika sıraları mövcuddur.
15.3Sahələrarası uyğunluq  İxrac göstəriciləri üzrə statistik məlumatların xarici ticarət statistikası sahəsi üzrə uyğunluğu məqsədilə müvafiq təhlillər və müqayisələr aparılmışdır.
15.4Daxili uyğunluq  Məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir.
16Xərc və yük  Məlumatların respondentlər tərəfindən onlayn formada təqdim edilməsi effektivliyin yüksəldilməsi, xərclərin və respondentlərə düşən yükün aşağı salınması məqsədilə məlumatların toplanmasının, emalının və yayımının yalnız elektron qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi hasilat sənayesində fəaliyyət göstərən şirkətlərlə birbaşa əlaqə saxlanılmaqla və yazılı sübutlar əsasında aparılmışdır. Ümumilikdə isə, rəsmi statistik məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. https://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılmış, səhvlər aşkar edildikdə düzəlişlər aparılmış və bununla bağlı statistik vahidə icrası məcburi olan göstərişlər verilmişdir.
18Statistik emal 
18.1İlkin məlumatlar İlkin məlumatlar xüsusi hazırlanmış proqram təminatı əsasında emal edilmişdir.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar illik dövriliklə toplanılmışdır.
18.3Məlumatların toplanması  Məlumatlar yazılı sənəd əsasında qəbul edilmişdir. Növbəti illərdə məlumatların onlayn rejimdə əldə olunması nəzərdə tutulmuşdur.
18.4Məlumatlara nəzarət  Hasilat sənayesi də daxil olmaqla, bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilmişdir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilmişdir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılmışdır.
18.5Məlumatların ümumiləşdirilməsi Müşahidə başdan-başa aparıldığı üçün bütün məlumatlar toplanılır və yekun göstəricilər alınır.
18.6Düzəlişlər  Emal prosesində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması təmin edilmişdir.
19Şərh  -