1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Sosial statistika şöbəsinin Təhsil, elm, inovasiya və mədəniyyət statistikası sektoru |
1.3 | Əlaqə üçün məsul şəxs | Elçin Hacı |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | şöbə müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | elchin.haji@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | (+994 12) 377 10 70, 22-70 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | (+994 12) 538 24 42 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 24.07.2014 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 24.07.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 04.03.2024 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Uşaqlara və gənclərə savad, hərtərəfli inkişaf və estetik tərbiyə verən müəssisələrdir. Ümumi təhsil müəssisələri bir və bir neçə təhsil proqramı əsasında təhsil prosesini həyata keçirir. Ümumi təhsil müəssisələrinə ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər aid edilir. |
3.2 | Təsnifat sistemi | "İnzibati ərazi bölgüsü təsnifatı", 2024; "Ölçü vahidləri təsnifatı"; "Milli təhsil təsnifatı", üçüncü variant; "İqtisadi fəaliyyət növləri təsnifatı", üçüncü versiya; Bütün təsnifatlara giriş:https://stat.gov.az/menu/5/classifications/ |
3.3 | Əhatə edilən sektor | "İqtisadi fəaliyyət növləri təsnifatı" üzrə P seksiyası (Təhsil) |
3.4 | Statistik anlayışlar və təriflər | Ümumi təhsil müəssisələri ibtidai, ümumi orta, tam orta ümumi təhsillərin ümumtəhsil proqramlarını həyata keçirən müəssisələridir. Ümumi təhsil müəssisələrinin növləri aşağıdakılardan ibarətdir: ibtidai, orta, tam orta ümumtəhsil məktəbləri, o cümlədən ayrı-ayrı fənləri dərindən öyrədən liseylər, gimnaziyalar. Ümumi təhsil məktəbləri dövlət, bələdiyyə və özəl müəssisələrinə bölünür.
Ümumi təhsil müəssisələri fasiləsiz təhsil sisteminin əsas hissəsi hesab edilir və bütün ölkə vətəndaşlarına dövlət standartlarına uyğun pulsuz ümumi təhsil almalarında dövlət zəmanətli hüquqlarını həyata keçirməyə imkan verir. |
3.5 | Statistik vahid | Müşahidə vahidi - ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər;
Hesabat vahidləri- ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər. |
3.6 | Statistik məcmu | Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ümumi təhsil müəssisələridir. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir. |
3.7 | İstinad zonası | Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri |
3.8 | Vaxt əhatəliyi | 1990-cı ildən başlayaraq bütün illəri əhatə edir. |
3.9 | Baza dövrü | 1990-cı il |
4 | Ölçü vahidi | Ədəd |
5 | Hesabat dövrü | İllik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən statistika müşahidəsi əsasında toplanılır və yekun məlumatlar Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Asiya və Sakit Okean hövzəsi üzrə İqtisadi və Sosial Komissiyasına (ESCAP), MDB-yə, İƏT və Avrostata və s. beynəlxalq təşkilatlara təqdim edilir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir. |
9 | Yayım tezliyi | İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Mətbu məlumatların yayım təqviminə uyğun olaraq yayımlanır və Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir. https://www.stat.gov.az/ |
10.2 | Nəşrlər | Göstəriciyə dair əsas məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən illik statistik məcmuələrdə (Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət) əks olunur.
Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur:
http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ |
10.3 | Onlayn məlumat bazası | Hazır cədvəllər bu linkdə mövcuddur:
https://www.stat.gov.az/source/education/ |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər.
http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf |
10.5 | Digər | Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. |
10.6 | Metodologiya üzrə sənədlər | Metodoloji tövsiyələr mövcuddur və metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/ |
10.7 | Keyfiyyət üzrə sənədlər | Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
https://www.azstat.org/MetaDataG/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Yazlıq bitkilərin əkini, Əkin sahələrinin qəti uçotu haqqında, Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair rəsmi statistika hesabatları üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri hazırlanmışdır. (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/kt/3-kt_sb.pdf ). 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2021-ci ildə 7-kt №-li forma (Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair) rəsmi statistika hesabatının özünüqiymətləndirməsi keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İstifadəçi tələbatlarının əsas həcmini yuxarı və mərkəzi dövlət orqanlarından Prezident Administrasiyasının və Nazirlər Kabinetinin müvafiq şöbələri, Milli Məclisin Elm və təhsil komitəsi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və onun tabeçiliyindəki bir çox qurumlar, digər nazirliklər, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, bir sıra elmi-tədqiqat mərkəzləri, müxtəlif ali təhsil müəssisələrinin tələbələri və bu sahədə maraqlı olan vətəndaşlar təşkil edir. |
12.2 | İstifadəçi məmnunluğu | İstifadəçilərlə görüş keçrilməyib. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 2022-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun-2022_arayish_1.pdf |
12.3 | Dolğunluq | Məlumat tam dolğun əhatə olunur. |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndirmə aparılmamışdır. |
13.2 | Seçmə xətası | Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil. |
13.3 | Qeyri-seçmə xətası | Qeyri-seçmə xətası hesablanmır. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Ümumi təhsil müəssisələri barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur. |
15.3 | Sahələrarası uyğunluq | Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur. |
15.4 | Daxili uyğunluq | Ümumi təhsil müəssisələrini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər. |
16 | Xərc və yük | 1-ümumi təhsil müəssisələri (toplu) №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır.
http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Ümumi təhsil müəssisələrinə dair məlumatlar "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ümumi təhsil müəssisələridir. |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar illik dövriliklə toplanır. |
18.3 | Məlumatların toplanması | Statistik vahidlər onlayn rejimdə təqdim edirlər. |
18.4 | Məlumatlara nəzarət | DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Ümumi təhsil müəssisələrinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır. |
18.6 | Düzəlişlər | Düzəlişlər aparılmır. |
19 | Şərh | Mövcud deyil. |