1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Sənaye və tikinti statistikası şöbəsi |
1.3 | Əlaqə üçün məsul şəxs | Elman Qasımzadə |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Sənaye və tikinti statistikası şöbəsinin müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | elman.gasimzade@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | +99412 377 10 70 (daxili 2210) |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | Yoxdur |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 30.06.2014 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 30.06.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 06.09.2024 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş, həmçinin belə məqsədlər üçün uyğunlaşdırılmış binalardır. Binanın ümumi sahəsinin 50 faizindən az olmayan hissəsi yaşayış üçün əlverişli olmalıdır. |
3.2 | Təsnifat sistemi | "Mülkiyyət növlərinin statistik təsnifatı", "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". Bütün təsnifatlara giriş: https://stat.gov.az/menu/5/classifications/ |
3.3 | Əhatə edilən sektor | İqtisadi fəaliyyət növləri təsnifatının (3-cü versiya) F seksiyası əhatə olunur. |
3.4 | Statistik anlayışlar və təriflər | Mülkiyyət növündən asılı olmayaraq bütün maliyyə mənbələri hesabına tikilib istifadəyə verilmiş və müəyyən edilmiş qayda üzrə istismara qəbul edilmiş yaşayış evləridir. |
3.5 | Statistik vahid | Hüquqi şəxslər |
3.6 | Statistik məcmu | Mülkiyyət növündən asılı olmayaraq müvafiq olaraq yaşayış binalarını inşa edən müəssisə və təşkilatların habelə şəxsi vəsaiti hesabına yaşayış evi tikən fərdi şəxslərin məcmusu. |
3.7 | İstinad zonası | Azərbaycan Respublikası və onun iqtisadi rayonları və inzibati ərazi vahidləri. |
3.8 | Vaxt əhatəliyi | Məlumatlar 1990-2023-cü illəri əhatə edir. |
3.9 | Baza dövrü | Məlumatların müqayisəliyini təmin etmək üçün baza dövrü hesabat ilindən əvvəlki il götürülür. |
4 | Ölçü vahidi | kvadrat metr |
5 | Hesabat dövrü | aylıq, rüblük və illik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | Rəsmi Statistika haqqında Azərbaycan Respublikasının qanunu. |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Statistik göstəricinin istehsalı zamanı digər inzibati məlumat mənbələrindən istifadə edilmir (məlumatlar respondentlərdən toplanılır) və digər təşkilatlarla məlumatların bölgüsü aparılmır. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir.http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
• Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur.http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
• ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf |
9 | Yayım tezliyi | Aylıq, Rüblük, İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq bu göstərici haqqında məlumatlar Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir. |
10.2 | Nəşrlər | Göstəriciyə dair məlumatlar “Azərbaycanda tikinti”, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın statistik göstəriciləri” məcmuələrində nəşr etdirilir. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ |
10.3 | Onlayn məlumat bazası | Bu göstərici haqqında məlumatlar onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/construction/ |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf |
10.5 | Digər | Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur. |
10.6 | Metodologiya üzrə sənədlər | Metodoloji izahlar (yalnız azərbaycan dilində) Komitənin rəsmi internet səhifəsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/7/other_metadata/ |
10.7 | Keyfiyyət üzrə sənədlər | Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/.
https://www.azstat.org/MetaDataG/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İldə bir dəfə istifadəçilərlə görüş keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 15 noyabr 2023-cü il tarixində keçirilmişdir. Əsas istifadəçilər İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. |
12.2 | İstifadəçi məmnunluğu | İstifadəçilər Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinə girərək (www.stat.gov.az) "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 15.12.2023-cü il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2023-cü il üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf |
12.3 | Dolğunluq | 100 % |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndirmə aparılmamışdır. |
13.2 | Seçmə xətası | Müşahidələr başdan-başa aparıldığına görə seçmə xətası hesablanmır. |
13.3 | Qeyri-seçmə xətası | Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://stat.gov.az/menu/2/quality/az/00_5.pdf |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | 30 gün |
14.2 | Tam vaxtında yerinə yetirmə | Yaşayış evlərinə dair məlumatların yayılması "Statistik işlər proqramı"na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Ölkənin regionları üzrə müqayisəlilik təmin olunur. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Məlumatların dinamikası 34 illik dövrü əhatə edir. |
15.3 | Sahələrarası uyğunluq | Əlaqəli statistika yoxdur. |
15.4 | Daxili uyğunluq | Məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir. |
16 | Xərc və yük | Rəsmi statistika hesabatlarının respondentlər tərəfindən onlayn formada təqdim edilməsi effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qiymətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur. https://stat.gov.az/menu/2/quality/az/responders.pdf |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | İlkin məlumatlar 1-investisiya (illik), 12-investisiya (aylıq), 1-YET (əhali) rəsmi statistika hesabatı formaları əsasında toplanır. |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar iri, orta, kiçik müəssisələr üzrə aylıq və illik, mikro müəssisələr üzrə rüblük və illik dövriliklə toplanılır. |
18.3 | Məlumatların toplanması | Məlumatlar onlayn rejimində əldə olunur. |
18.4 | Məlumatlara nəzarət | DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Müşahidələr başdan-başa aparıldığı üçün bütün məlumatlar toplanılır və yekun göstəricilər alınır. |
18.6 | Düzəlişlər | Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir. |
19 | Şərh | Əlavə şərh yoxdur. |