Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Boşanmanın ümumi əmsalı
İzahı
          Əhalinin hər 1000 nəfərinə hesablanır. Göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir.
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 538-51-43; +99412 377-10-70 (22-11)
Tətbiq sahəsi
          Boşanmanın ümumi əmsalı üzrə göstəricilər bütün respublikanı əhatə edir.
Əhatə dairəsi
          Azərbaycan Respublikası üzrə
Mənbəyi
          Müşahidə vahidi: Nikahlarının rəsmi pozulması qeydə alınmış cütlüklər. Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi
Toplanma metodu
          Dövlət Statistika Komitəsində bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
İstifadə olunduğu təsnifat
          Azərbaycan Respublikasının “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024”
Yayım forması
          Həm kağız, həm də elektron versiya şəklində yayılır
Əks olunduğu nəşr
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanın əhalisi
Dövriliyi
           İllik
Ölçü vahidi
          əmsal
Beynəlxalq konsepsiyası
          "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı, 1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması, Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri"
Məlumat bazası ilə elektron əlaqəsi
          Hazır cədvəllər bu linkdə mövcuddur https://stat.gov.az/source/demoqraphy/