|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Ölümün ümumi əmsalı |
İzahı |
Müəyyən bir müddətdə ölümün intensivliyini müəyyən edən göstəricidir. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 538-51-43; +99412 377-10-70 (22-11) |
Tətbiq sahəsi |
Ölümün ümumi əmsalı üzrə göstəricilər bütün respublikanı əhatə edir. |
Əhatə dairəsi |
Azərbaycan Respublikası üzrə |
Mənbəyi |
Müşahidə vahidi: Ölənlər.
Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi |
Toplanma metodu |
Dövlət Statistika Komitəsində bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
Azərbaycan Respublikasının “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” və Ümumdünya Səhiyyə Təşkilatının “Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi, xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatı” |
Yayım forması |
Mətbu məlumatların yayım təqviminə uyğun olaraq ölümün ümumi əmsalı haqqında məlumatlar hər rüb təhlili məruzə, illik olaraq press-relizlər şəklində yayımlanır. |
Əks olunduğu nəşr |
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanın əhalisi |
Dövriliyi |
Rüblük |
Ölçü vahidi |
Əmsal |
Beynəlxalq konsepsiyası |
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı, 1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması, Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri" |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Hazır cədvəllər bu linkdə mövcuddur https://stat.gov.az/source/demoqraphy/ |