|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Yaş |
İzahı |
Yaş tərkibi haqqında məlumatlar siyahıyaalınmalar zamanı sorğu yolu ilə əldə edilir. Bu məlumatlar ayrı-ayrı yaşlar üzrə X yaşdan X+1 yaşadək əhalinin sayının hərəkəti metoduna uyğun cari hesablamalar yolu ilə müəyyən edilir. Demoqrafik hadisələrin cari qeydiyyatına dair məlumatlar hesablamalar zamanı nəzərə alınır |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 538-51-43; +99412 377-10-70 (22-11) |
Tətbiq sahəsi |
Yaş üzrə göstəricilər bütün respublikanı əhatə edir. |
Əhatə dairəsi |
Azərbaycan Respublikası üzrə |
Mənbəyi |
Müşahidə vahidi: Yaş qrupları üzrə əhali.
Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi. Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi |
Toplanma metodu |
Dövlət Statistika Komitəsində bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
“İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” |
Yayım forması |
Həm kağız, həm də elektron versiya şəklində yayılır. |
Əks olunduğu nəşr |
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar |
Dövriliyi |
İllik |
Ölçü vahidi |
Min nəfər. |
Beynəlxalq konsepsiyası |
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı, 1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması, Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri" |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Hazır cədvəllər bu linkdə mövcuddur https://stat.gov.az/source/demoqraphy/ |