|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Qeyri-qida məhsulları üzrə qiymət indeksi |
İzahı |
İstehlak səbətinə daxil olan qeyri-qida məhsulları qiymətlərinin dəyişməsinin xarakterizə edir. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 3771070 (2255) |
Tətbiq sahəsi |
Respublika üzrə məhsul və xidmətləri əhatə edir. |
Əhatə dairəsi |
Respublika üzrə. |
Mənbəyi |
Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər. |
Toplanma metodu |
DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
Xərclərin məqsədlər üzrə təsnifatının "Şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı" bölməsi https://www.stat.gov.az/menu/5/source/Xerc_meqsed_tes.pdf |
Yayım forması |
Mətbu məlumatların yayım təqviminə uyğun olaraq indeksə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.Məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır. https://www.stat.gov.az/ ) |
Əks olunduğu nəşr |
Qiymət statistikası üzrə əsas nəşr "Azərbaycanda qiymətlər" illik statistik məcmuə və "Qiymətlər və qiymət indeksləri" adlı aylıq statistik bülletendir. Bununla yanaşı, göstəricilərə dair məlumatlar "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın regionları" adlı statistik məcmuələrdə, "Sosial, iqtisadi inkişaf" və "Statistik icmal" adlı aylıq və rüblük nəşrlərdə əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: https://www.stat.gov.az/source/price_tarif/ |
Dövriliyi |
Aylıq |
Ölçü vahidi |
faiz |
Beynəlxalq konsepsiyası |
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Aylıq bülletenlər http://www.stat.gov.az/source/price_tarif/, Press-reliz https://www.stat.gov.az/news/news.php?topic=20&page=1, illik məcmuə məlumatları http://www.stat.gov.az/source/price_tarif/, baza məlumat http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=139&departament=9 internet səhifəsində yayımlanır. |