|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Avtomat Telefon Stansiyaları |
İzahı |
Stasionar telefon abonentlərinin kabel və hava xətti vasitəsilə telefon danışıqlarının avtomatik mübadiləsini təmin etmək üçün müvafiq texniki vasitələrlə təchiz olunmuş rabitə sistemidir. Telefon stansiyalarının ümumi tutumuna - quraşdırılmış bütün abonent dəstləri, xüsusi dəstlər və ya taksofonların daxil olması üçün avadanlıqlar, idarə stansiyalarına birləşən xətlər, həmişəlik istifadəyə verilən idarə, təcili, sifariş və xidməti məlumat bürosu xətləri daxildir. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2234 |
Tətbiq sahəsi |
J seksiyası. İnformasiya və Rabitə |
Əhatə dairəsi |
Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri. |
Mənbəyi |
Telekommunikasiya fəaliyyəti göstərən bütün hüquqi şəxslər. |
Toplanma metodu |
DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
"İqtisadi Fəaliyyət Növləri Təsnifatından", "Mülkiyyət Növləri Təsnifatından", “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” dən istifadə edilir. Bütün təsnifatlara giriş:https://stat.gov.az/menu/5/classifications/
Təsnifatlar yalnız Azərbaycan dilində mövcuddur. |
Yayım forması |
Bu göstərici haqqında mətbu məlumat təqdim edilmir. |
Əks olunduğu nəşr |
Göstəriciyə dair məlumatlar “Azərbaycanda telekommunikasiya və poçt”, "Azərbaycanın statistik göstəriciləri", “Azərbaycan rəqəmlərdə" və “Azərbaycanın regionları” adlı illik statistik məcmuələrdə əks olnur. https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ |
Dövriliyi |
İllik |
Ölçü vahidi |
vahid |
Beynəlxalq konsepsiyası |
Məlumatların toplanması, işlənməsi və yayılması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur. |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Bu göstərici haqqında məlumatlar onlayn məlumat bazasında əks olunmuşdur. Hazır cədvəllər bu linkdə mövcuddur - https://www.stat.gov.az/source/communication/ |