MICS

Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu Keçiriləcək

image
image
image
image
image
image
image

"Naxçıvan Muxtar Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin iyun-avqust aylarında Çoxgöstəricili Klaster Sorğusu (MICS) həyata keçiriləcəkdir.

"Hazırlıq işləri çərçivəsində may ayının 18-də Çoxgöstəricili Klaster Sorğusu (MICS- Multiple Indicator Cluster Surveys) üzrə sahə işlərini həyata keçirəcək heyət üçün təlimlərə başlanılıb.

"Təlimdən öncə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab Aleks Haykens Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildirmiş, daha sonra isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi cənab Fuad Nəcəfli ilə görüşmüşlər.

"Təlimin açılış mərasimində Tahir Budaqov və Aleks Haykens çıxış edərək iştirakçılara MICS-in ölkəmizdə keçirilməsinin məqsədi və əhəmiyyəti, MICS çərçivəsində görülmüş işlər barədə məlumat vermişlər.

"Tədbirdə Dövlət Statistika Komitəsi və UNICEF tərəfindən təyin edilmiş təlimçilər çıxış edərək müxtəlif məsələlərlə bağlı iştirakçıları məlumatlandırmış, eyni zamanda, “Əsas sahə işi üzrə təlimlər”in iyun ayının 18-dək davam edəcəyi bildirilmiş, təlim çərçivəsində iştirakçılar sorğunun aparılması, sorğu anketlərinin doldurulması ilə bağlı təlimatlandırılacaqları, növbəti günlərdə isə sorğu anketlərinin sınağının aparılacağı və pilot sorğuların keçiriləcəyi nəzərə çatdırılmışdır.